AZ

Tayson Meyvezer döyüşünün vaxtı dəqiqləşdi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Boksun Şöhrət Zalının üzvü Mayk Tayson ilə beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer (kiçik) arasındakı sərgi döyüşü aprelin 25-də Konqoda keçiriləcək."Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri “The Ring”in insayderi Mayk Kopincer sosial şəbəkədə yayıb. 59 yaşlı Tayson peşəkar karyerası boyunca keçirdiyi 59 döyüşün 50-də qələbə qazanıb (14-ü nokautla), 7-də uduzub. O, 2011-ci ildə Boksun Şöhrət Zalına salınıb. Tayson 2024-cü ilin noyabrında bloger Ceyk Pol ilə döyüşüb və 8 raunddan sonra hakimlərin yekdil qərarıyla məğlub sayılıb. 48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə bitirib. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün hamısında (27-si nokautla) qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr