İstanbul təmsilçisi "Qalatasaray" bu mövsüm Çempionlar Liqasında nümayiş etdirdiyi möhtəşəm oyunla həm idman, həm də maliyyə baxımından böyük zirvələri fəth edib.
Fanat.Az xəbər verir ki, pley-off mərhələsinin həlledici oyununda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran "sarı-qırmızılılar" adını rəsmən 1/8 final mərhələsinə yazdırıb.
Bu tarixi zəfər klubun büdcəsinə də inanılmaz qatqı təmin edib və "cim-bom"un bu mövsüm Çempionlar Liqasından əldə etdiyi ümumi gəlir 53.5 milyon avroya yüksəlib.
Bu məbləğə turnirdə iştirak haqqı, əmsal gəlirləri, marketinq payı və qazanılan xallara görə verilən mükafatlar daxildir.
Kamil Xudiyev