Bəbirlər və primatlar da daxil olmaqla, ən azı 14 növ heyvan yarasaları ovlamağa gəlmişdi.
QHT.az xəbər verir ki, Uqandada alimlər Marburq virusunu daşıyan yarasalarla qidalanan heyvanların mürəkkəb şəbəkəsini ilk dəfə videoya alıblar. Kraliça Yelizaveta Milli Parkındakı Python mağarası ətrafında qurulan kameralar beş ay ərzində yarasa ovlayan ən azı 14 onurğalı növünü – bəbirlər, primatlar, yırtıcı quşlar və monitor kərtənkələləri – qeydə alıb. Tədqiqatçılar bunu virusun növlərarası ötürülmə mexanizmlərini anlamaq üçün mühüm addım sayırlar, lakin hələlik heyvanlar arasında faktiki yoluxma sübutu tapılmayıb.
Mağarada təxminən 56 min Misir meyvə yarasası yaşayır və onlar Marburq virusunun əsas təbii rezervuarı hesab olunur. Ölüm nisbəti 90%-ə çata bilən virusla bağlı araşdırmalar davam edir və alimlər bu müşahidələrin gələcək risk təhlili üçün əsas yaradacağını bildirirlər.
R.İmanov