AZ

Tramp Zelenskidən tələb etdi: Münaqişənin bitməsini sürətləndir



ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski ilə telefon danışığında Ukrayna münaqişəsinə ən qısa müddətdə son qoyulmasını gözlədiyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski Trampla ABŞ və Ukrayna nümayəndə heyətlərinin Cenevrədə keçiriləcək qarşıdan gələn görüşünü müzakirə edib. Telefon danışığı zamanı Aö Ev rəhbəri münaqişənin "bir ay ərzində" bitməsini istədiyini vurğulayıb.

Zelenski də öz növbəsində Trampa münaqişənin 2026-cı ildə bitəcəyinə ümid etdiyini bildirib. Məlumata görə, Amerika lideri Kiyevə əhəmiyyətli təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirib.

Anar
Seçilən
17
1
newscenter.az

2Mənbələr