AZ

FTB Trampın evində aparılan axtarışla bağlı azı altı əməkdaşı işdən çıxarıb

Qərar Mar-a-Laqo işi ilə əlaqələndirilir, agentlər assosiasiyası isə bunu hüquqi prosedurların pozulması kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, ABŞ-nin Federal Təhqiqat Bürosu direktoru Kaş Patelin göstərişi ilə 2022-ci ildə ABŞ prezidenti Donald Trumpın Florida ştatındakı evində aparılmış axtarış əməliyyatı ilə əlaqəli olan azı altı xüsusi agenti vəzifəsindən azad edib. Bu barədə NBC News altı mənbəyə istinadən məlumat yayıb.

Çərşənbə günü yayılan bəyanatda FTB Agentləri Assosiasiyası Mar-a-Laqo işi ilə bağlı işdən çıxarmaları qanunla nəzərdə tutulan prosedurların pozulması kimi qiymətləndirib. Assosiasiya rəhbərliyi bildirib ki, bu qərarlar ölkənin təhlükəsizliyi naminə xidmət edən əməkdaşların hüquqlarını pozur, qurum daxilində sabitliyi zəiflədir, rəhbərliyə olan etimadı azaldır və FBI-nin kadr siyasətinə mənfi təsir göstərir.

Xatırladaq ki, Mar-a-Lago iqamətgahında tapılmış məxfi sənədlərlə bağlı iş və 2020-ci il prezident seçkilərinin nəticələrinin ləğvinə yönəlmiş cəhdlər üzrə Trampa qarşı iki federal cinayət işi açılmışdı. Məxfi sənədlərlə bağlı iş Trampın təyin etdiyi hakim tərəfindən bağlanıb. Keçmiş prezident hər iki iş üzrə ittihamları rədd edib və qanun pozuntusuna yol vermədiyini bildirib.

İşdən çıxarmalar, eyni zamanda, Patel-in Joe Biden administrasiyası dövründə Trampla bağlı aparılan araşdırmalar çərçivəsində federal orqanların onun telefon danışıqlarına dair qeydləri əldə etdiyini açıqladığı günə təsadüf edib.

Məlumatlara görə, Tramp hakimiyyətə qayıtdıqdan sonra FBI onun fəaliyyəti ilə bağlı aparılan istintaqlarda iştirak etmiş əməkdaşlar, həmçinin 6 yanvar 2021-ci il hadisələri üzrə yüzlərlə ittihamın irəli sürüldüyü araşdırmalarda iştirak edən şəxslərlə bağlı kadr dəyişiklikləri həyata keçirib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr