AZ

Birgə çox yaxşı vaxt keçirirlər - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın Polşaya rəsmi səfəri davam edir.

Adalet.az xəbər verir ki, səfərin ikinci günü Ermənistanın Baş naziri Nikol Paşinyanın Polşa Baş naziri Donald Tuskla görüşü ilə başlayıb. Rəsmi qarşılanma mərasimi keçirilib, ardınca iki lider arasında təkbətək görüş keçirilib.

Onlar birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Onlar həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesi, TRIPP təşəbbüsünün həyata keçirilməsi və Ermənistanla Aİ arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunublar. 

Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Paşinyan Tuskla görüşündən sosial şəbəkə hesabından video paylaşıb. Videoya onların birlikdə çox yaxşı vaxt keçirmələri ilə bağlı şərhlər yazılıb. 

 

Seçilən
0
3
adalet.az

4Mənbələr