Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində bədbəxt hadisə baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən vətəndaşın üzərinə elektrik barabanı düşüb və o, hadisə yerində ölüb.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, kabel barabanlarının ərazidə istifadə qaydaları müvafiq qurğuların üzərində qeyd olunmalıdır. Bu qurğular ildə ən azı bir dəfə üçüncü tərəf – lisenziyalı və ixtisaslaşmış şirkət tərəfindən yoxlanılmalıdır."İstifadə zamanı diqqət yetirildikdə görünür ki, düzgün quraşdırma olduqda qurğunun aşması, yuvarlanması və ya sürüşməsi üçün risk minimal olur. Bu kimi halların qarşısının alınması üçün ərazidə məsul şəxslər müəyyən edilməlidir. Sahə mühəndisi ərazini mütəmadi olaraq yoxlamalı, risklərin azaldılması isə birbaşa işəgötürənin təyin etdiyi məsul şəxsin nəzarətində olmalıdır. Adətən bu prosesdə əməyin mühafizəsi üzrə mütəxəssislər, sahə rəisləri və digər texniki heyət məsuliyyət daşıyır" - o bildirib.Ekspert qeyd edib ki, risklərin qarşısını almaq üçün müvafiq qoruyucu qurğu və avadanlıqlardan istifadə olunmalıdır. "Hündürlükdən aşağı düşə biləcək əşyalar xüsusi mühafizə tədbirləri ilə qorunmalıdır. Xüsusilə aşağı hissələrdə baryerlərdən istifadə edilməlidir ki, hər hansı əşya və ya avadanlıq düşərsə, həmin zona mühafizə olunsun və insanların ora daxil olması məhdudlaşdırılsın. Eyni zamanda tikinti sahələrində düşən əşyaların qarşısını almaq məqsədilə mühafizə torlarından istifadə edilməsi zəruridir".Qeyd edək ki, tikinti sahələrində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır və bəzən ölümcül nəticələrə səbəb olur. Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.