AZ

ABŞ və İran Cenevrədə üç saatlıq KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İran nümayəndələri Cenevrədə üç saat davam edən danışıqlar keçirib, Tehran isə öz nüvə sazişi layihəsini Vaşinqtona təqdim edib.

KONKRET.az xəbər verir ki, Axios nəşrinin yaydığı məlumata görə, danışıqlar iki formatda aparılıb. Tərəflər bir tərəfdən Oman xarici işlər nazirinin vasitəçiliyi ilə, digər tərəfdən isə ABŞ və İran nümayəndələri arasında birbaşa təmaslar çərçivəsində müzakirələr aparıblar.

Məlumata əsasən, İran ABŞ tərəfinə nüvə sazişi ilə bağlı təkliflər paketini təqdim edib. Danışıqlarda Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi də iştirak edib.

Bildirilir ki, ABŞ gələcək nüvə sazişinin müddətsiz xarakter daşımasında israr edib. Vaşinqton həmçinin Tehrandan 10 min kiloqram həcmində zənginləşdirilmiş uran ehtiyatından imtina etməyi tələb edib.

Eyni zamanda, ABŞ tərəfi İranın uranı zənginləşdirmək hüququ məsələsində müəyyən çeviklik nümayiş etdirə biləcəyini, lakin bunun üçün nüvə silahının yaradılmasına aparan yolun olmadığının sübut edilməsinin vacibliyini vurğulayıb.

Axios yazır ki, bu danışıqlar diplomatiya üçün son şans ola bilər. Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın qərarı böyük ölçüdə Stiven Uitkoff və Cared Kuşnerin təqdim edəcəyi hesabatdan asılı olacaq.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
36
konkret.az

10Mənbələr