AZ

Daha iki ölkədə “Azadlıq” radiosu bağlanır

Azad Avropa/Azadlıq Radiosunun Rumıniya və Bolqarıstan xidmətləri martın 31-dən fəaliyyətini dayandıracaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat radionun özünün yaydığı rəsmi açıqlamada yer alıb.

Bildirilib ki, qərar əsasən maliyyə məhdudiyyətləri və büdcə ixtisarları ilə bağlıdır. Qurumun rəhbərliyi qeyd edib ki, son illərdə maliyyələşmənin azalması bəzi regional xidmətlərin fəaliyyətinin davam etdirilməsini mümkünsüz edib.

Qeyd edək ki, Azad Avropa/Azadlıq Radiosu uzun illərdir müxtəlif ölkələrdə müstəqil xəbər və informasiya yayımı ilə məşğul olur və əsasən ABŞ tərəfindən maliyyələşdirilir.


Telegram kanalımız
Seçilən
2
yenisabah.az

1Mənbələr