AZ

“Sərxoş” quşlarla bağlı xəbərdarlıq: Az qalıb, gəlirlər

"Sərxoş" ardıc quşları mart ayının ortalarında Moskvada peyda ola bilər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ekoloq Olqa Polinova bildirib.

Onun sözlərinə görə, quşların sərxoş kimi davranmasının səbəbi “soyuqdan huşunu itirmə” ola bilər.

“Onlar donmuş giləmeyvələrlə qida borularını doldururlar. Borunun yanından keçən qan soyuyur, quşun beyni donur və o, sadəcə huşunu itirir. Belə quşları isitmək lazımdır”, - deyə mütəxəssis izah edib.

Qeyd edilib ki, quşlar həmçinin mayalanmış (qıcqırmış) giləmeyvələrdən də “sərxoş” ola bilərlər. Əgər giləmeyvə bol olubsa, onlar bütün qışı ağacda qala bilər, yazda isə müsbət temperaturda donu açılır və qıcqırmağa başlayır. Hava isti olarsa, quşları it və pişiklərin çata bilməyəcəyi təhlükəsiz bir yerə aparmaq tövsiyə olunur.

Seçilən
23
1
publika.az

2Mənbələr