ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyanla müsahibəsində İran ətrafında vəziyyətin gərginləşməsini, Vaşinqtonun rolunu və Ermənistan üçün mümkün nəticələri şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trump İran sahilləri yaxınlığında “güc nümayişi” təşkil edərək Tehrana təzyiq göstərməyə çalışıb. Bununla belə, Conson ABŞ-ın real hərbi əməliyyata hazır olmasına şübhə ilə yanaşıb. O qeyd edib ki, mümkün zərbələr üçün Amerika aviasiyasına havada yanacaq doldurulması lazım olacaq ki, bu da İranın hava hücumundan müdafiə sistemlərinin mümkün müqaviməti fonunda əməliyyatı çətinləşdirə bilər.
Ermənistanın vəziyyətinə toxunan ekspert bildirib ki, Qərb, Rusiya və İran arasında qarşıdurmaya cəlb olunmaq “ciddi risklərlə” bağlıdır. Onun fikrincə, respublika böyük geosiyasi münaqişəyə sürüklənərsə, son dərəcə həssas vəziyyətə düşə bilər.
“Ermənistanı yolu keçən dələ kimi əzəcəklər”, — deyə Conson bildirib.
O həmçinin hesab edir ki, Ermənistan ABŞ üçün strateji prioritet istiqamətlər sırasında deyil. Analitikin fikrincə, Vaşinqton ölkəni daha çox regionda, xüsusilə Rusiya və İranla rəqabət kontekstində fəaliyyət platforması kimi qiymətləndirir.
Conson əlavə edib ki, mürəkkəb regional münasibətlər sistemi və ABŞ-ın regiondakı digər tərəfdaşları nəzərə alınmaqla, Vaşinqtonun Ermənistanı birbaşa müdafiə etmək üçün “nə imkanı, nə də niyyəti” var.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta