Hər il Davosda keçirilən Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Brende özü açıqlayıb.
Buna səbəb isə Brendenin amerikalı maliyyəçi Ceffri Epşteynin işində adının hallanması olub.
Agentlik yazır ki, o, Davos Forumunun rəhbərliyinin onun Epşteynlə əlaqələrinə dair müstəqil araşdırmaya başlamasından bir neçə həftə sonra bu barədə qərar qəbul edib.
"Cebheinfo.az"