AZ

Zaxarova: Britaniya Ukraynada nizamlanmaya mane olur



Britaniya qoşunlarının Ukraynaya yerləşdirilməsi genişmiqyaslı hərbi münaqişə riskini artıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunun Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiya XİN sözçüsü keçirdiyi brifinqdə bildirib ki, Britaniya Ukraynada nizamlanmaya mane olur və qeyri-sabitlik ocağını qorumaq istəyir.

Onun sğzlərinə görə, Böyük Britaniya qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişənin uzanması və daha çox dövlətin iştirak etdiyi genişmiqyaslı hərbi münaqişə riskinin artması demək olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya müdafiə naziri Con Healey münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərmək istədiyini bildirmişdi.

Anar
Seçilən
12
1
newscenter.az

2Mənbələr