AZ

Hakan Fidan Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan 26 fevral Xocalı soyqırımı münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

Day.Az xəbər verir ki, bu barədə XİN rəhbəri rəsmi "X" səhifəsində paylaşım edib.

"Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən Azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Qardaş Azərbaycanın kədərini qəlbimizin ən dərin yerində duyuruq", -deyə paylaşımda qeyd edilib.

Nazir sonda vurğulayıb ki, Türkiyə bir millət iki dövlət prinsipini əsas tutaraq hər zaman Azərbaycanın yanındadır.

Seçilən
0
1
day.az

2Mənbələr