ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet sahələrindən biri kimi diqqət mərkəzindədir və bu istiqamətdə atılan addımlar strateji əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət peşə təhsilinin inkişafını əsas istiqamətlərdən biri kimi müəyyən etmişdir:
“Son illərdə ölkənin müxtəlif bölgələrində yaradılan peşə təhsili müəssisələri müasir standartlara cavab verir, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Bu mərkəzlər tələbələrə əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmək və real peşə bacarıqları əldə etmək imkanı təqdim edir. Nəticədə vətəndaşlar həm karyera perspektivlərini gücləndirir, həm də iqtisadi fəaliyyətin inkişafına töhfə verən ixtisaslı kadr bazasının formalaşmasına xidmət edirlər.
Peşə təhsilində tətbiq olunan müasir avadanlıqlar, geniş praktiki təlim imkanları və əlavə bacarıqların qazanılması üçün yaradılan şərait dövlətin sahəyə sistemli və məqsədyönlü yanaşmasını nümayiş etdirir. Bu yanaşma iqtisadi inkişafın dayanıqlılığı və peşəkar kadr potensialının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bu tədbirlər göstərir ki, Azərbaycanda peşə təhsilinin inkişafı yalnız cari ehtiyaclarla məhdudlaşmır, həm də uzunmüddətli perspektiv üçün davamlı təməllər qoyur. Beləliklə, əldə olunan uğurlar ölkənin iqtisadi tərəqqisinə birbaşa təsir göstərir və gələcəkdə bu sahədə daha böyük nəticələrin əldə olunacağı proqnozlaşdırılır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.