AZ

Azərbaycan basketbol millisinin İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün yekun heyəti açıqlanıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 26 fevral, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya yığmalarına qarşı keçiriləcək görüşlər üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yığmaya Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov (hamısı "Sabah"), Vesli Van Bek ("Tenerife", İspaniya), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Amil Həmzəyev ("Neftçi"), Kamran Məmmədov, Derin Berkoz (hər ikisi NTD), Ercan Donat ("Şəki") və Saadettin Donat ("Abşeron Lions") dəvət alıblar.

Qeyd edək ki, milli komanda fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
8
azertag.az

10Mənbələr