AZ

Epşteyn işi ndə adı hallanan Davos Forumunun baş icraçı direktoru istefa verib

ain.az bildirir, Sherg.az portalına istinadən.

Dünya İqtisadi Forumunun (DİF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.

APA “The Independent”ə istinadən xəbər verir ki, o, Cefri Epşteynlə əlaqələrinin araşdırılması prosesinin yekunlaşmasından sonra bu qərarı qəbul edib.

O, istefa ərizəsi ilə bağlı bəyanatında Epşteynlə bağlı məsələyə toxunmayıb.

“Diqqətlə düşündüm və Dünya İqtisadi Forumunun baş icraçı direktoru vəzifəsindən istefa vermək qərarına gəldim”,- Brende qeyd edib.

Xatırladaq ki, bundan əvvəl onun Epşteynlə yazışmaları ilə bağlı araşdırma nəticəsində əvvəlcədən bilinən məsələlərdən başqa yeni heç bir detal tapılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
6
sherg.az

8Mənbələr