AZ

Ronaldo İspaniya klubunun hissələrini aldı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Almeria" futbol klubunda 25%-lik pay sahibi olub.

Far.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, müqavilə "CR7 Sports Investments" vasitəsilə həyata keçirilib. Səhmlərin əksəriyyəti ötən ildən bəri Məhəmməd Əl-Xereycinin rəhbərlik etdiyi Səudiyyə investisiya qrupuna məxsusdur. "Almeria" hazırda aşağı liqanın turnir cədvəlində üçüncü yerdədir.

Qeyd edək ki, bu mövsüm 41 yaşlı Ronaldo "Əl-Nəsr" üçün bütün yarışlarda 22 oyunda 20 qol vurub.

Seçilən
3
far.az

1Mənbələr