BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
TurkicWorld xəbər verir ki, nazirliyin əməkdaşları abidənin önünə gül dəstələri düzərək Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd olunub ki, Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi yadda qalıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini dağıdaraq dinc əhaliyə qarşı kütləvi qırğın törədib.
Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum qalır. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, tarixi ədalət təmin olunub.