AZ

Azərbaycan Rumıniyaya neft ixracını 7%-dək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar ayında Rumıniyaya 93 milyon 674 min dollar dəyərində 197 min 54 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 11 milyon 148 min dollar və ya 10,6% azalıb.

Rumıniyaya neft ixracının həcmi isə ötən ilin yanvar ayına nisbətdə 6,8% artıb. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixracın dəyəri 104 milyon 822 min dollar, miqdarı isə 184 min 525 ton təşkil ediridi.

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
22
1
banco.az

2Mənbələr