AZ

Pezeşkiandan Trampa cavab gecikmədi

"Ali rəhbər "nüvə silahı əldə etməyəcəyik" dedikdə, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. O, siyasətçilər kimi yalan danışa bilməz".

"Cebheinfo.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Mazandaran Ostanının Planlaşdırma və İnkişaf Şurasının iclasında gündəmdəki məsələləri dəyərləndirərkən deyib.

Pezeşkian ABŞ Prezidenti Donald Trampın "İran nüvə silahına sahib olmayacağını bəyan etməlidir" şəklindəki açıqlamasına dair isə: 

“Bunu onsuz da dəfələrlə bəyan etmişik”, - deyə bildirib.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Trampın İran məsələsində son dərəcə net mövqe nümayiş etdirdiyini bildirərək: "Prezidentin mesajı çox aydındır. İran nüvə silahına sahib ola bilməz", - demişdi.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr