AZ

"Kəpəz" və "Sabah"ın futbolçuları diskvalifikasiya olunub, klublar cərimələnib » AzadMedia.az


AFFA İntizam Komitəsi "Kəpəz" və "Sabah" klublarını cərimələyib.

Bu barədə qərar qurumun iclasında qəbul edilb.

Belə ki, Əvəzedicilər Liqasının XVII turunda "Kəpəz-2"nin futbolçusu Nihad İsaqov aqressiv davranışa və rəqibi təhrik etməyə görə birbaşa qırmızı vərəqə alıb. O, 6 oyunluq diskvalifikasiya olunub, klubu 300 manat cərimələnib.

Sözügedən matçda "Sabah-2" kollektivinin futbolçusu Həmzəalı Mikayılov da qaydaları pozub. O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə qarşıdakı 2 oyunu buraxacaq. Bakı komandası isə 150 manat cərimə ödəyəcək.

Bundan başqa, "bayquşlar"ın məşqçisi Din Haliloviç hakimin qərarına etiraz etdiyindən birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq cəzalandırılıb. Bu davranışa görə "Sabah" 500 manat ziyana düşüb.
Seçilən
17
2
azadmedia.az

3Mənbələr