AZ

DSMF: Sosial şəbəkələrdəki "1 000 manatlıq ödəniş" xəbəri yalandır



"Sosial şəbəkədə guya "1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi" barədə paylaşılan videoməlumat yalandır" . Baki-xeber.com-un məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib. "Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını,nəticədə pul vəsaitlərini ələkeçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın"-deyə R.Mehdili bildirib. İradə SARIYEVA
Seçilən
2
46
baki-xeber.com

10Mənbələr