AZ

Dünya Bankı Ermənistana 70,4 milyon avro kredit verəcək

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Dünya Bankı Ermənistana 70,4 milyon avro məbləğində kredit verəcək. Vəsait su təchizatı və suvarma xidmətlərinin yaxşılaşdırılmasına yönəldiləcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Su Komitəsinin sədri Aramazd Qalamkaryan fevralın 26-da Milli Məclisin Maliyyə, Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin iclasında bildirib. 

Qalamkaryanın əsaslandırılmasında deyilir ki, 11 və 18 sentyabr 2025-ci il tarixlərində Ermənistan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı müvafiq kredit müqaviləsini imzalayıblar. Müqaviləyə əsasən, Bank layihənin maliyyələşdirilməsi üçün Ermənistan Respublikasına 70,4 milyon avro ayırmağı öhdəsinə götürüb. Ermənistan hökuməti də öz növbəsində layihənin həyata keçirilməsi ilə bağlı vergiləri, rüsumları və əməliyyat xərclərini, eləcə də kredit vəsaitlərindən maliyyələşdirilməyə tabe olmayan digər xərcləri birgə maliyyələşdirməyi öhdəsinə götürüb.

"Bu kredit müqaviləsinin qüvvəyə minməsi üçün son tarix imzalanma tarixindən 180 gün, proqramın müddəti isə 5 ildir ki, bu da qüvvəyə minmə tarixindən etibarən qüvvədə olacaq. Birgə maliyyələşdirmə müqaviləsinin qüvvəyə minmə tarixi 31 mart 2026-cı ildir", - deyə Qalamkaryan izah edib.

Proqram aşağıdakı əsas komponentlərdən ibarətdir:

- su sektorunda islahatlar, iqlim dəyişikliyinə davamlı kənd suvarma və su təchizatı sistemlərinin və sanitariya sisteminin institusional gücləndirilməsi,

- kənd yerlərində su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması,

- suvarma infrastrukturunun və sistemlərinin idarə edilməsinin modernləşdirilməsi,

- layihənin idarə olunması.

Layihənin Fransa İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilməsi də gözlənilir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr