AZ

Hüseyn Həsənov Rusiyaya 300 milyon ödədi

Rusiyada “çirkli pulların yuyulmasında” ittiham olunan azərbaycanlı videobloqçu Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi borcunu ödəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Mixail Yusupov TASS-a bildirib.

“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, faizlər və cərimələrlə birlikdə təxminən 300 milyon rubl borcu tam şəkildə bağlayıb”, - vəkil deyib.

Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinlənilməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Seçilən
11
6
bakivaxti.az

7Mənbələr