AZ

68 qohumu şəhid olan Xocalı sakini DANIŞDI - VİDEO

İllər keçsə də, Xocalıda törədilən soyqırımı heç zaman unudulmayacaq. Bu, xüsusi amansızlıqla dinc insanlara qarşı törədilmiş insanlıq əleyhinə cinayət idi. Tarixə əsrin faciəsi kimi düşən bu hadisə xalqımızın qan yaddaşıdır və belə də qalacaq.
 
Bütün bunlara rəğmən, uzun illər sonra haqq-ədalət öz yerini tapdı. Azərbaycan ən qədim yaşayış məskənlərindən biri olan Xocalıya qovuşdu, torpaqlarımız düşmən tapdağından azad edildi. Artıq faciənin izlərini və yaralarını daşıyan xocalılar doğma yurdlarına qayıdırlar. Onlardan biri də Ceyran xanım Əzizovadır...
Seçilən
0
2
moderator.az

3Mənbələr