"Rusiya Xarici İşlər Nazirliyi hələ də Sülh Şurasına qoşulmaqla bağlı mövqeyini formalaşdırır".
Redaktor.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov deyib: “Bilirsiniz ki, bizimlə dost olan dövlətlər də daxil olmaqla bir sıra dövlətlərin çox qeyri-müəyyən mövqeləri var, lakin onların hamısı nəzərə alınır”.
Onun sözlərinə görə, Vladimir Putin və Aleksandr Lukaşenko arasında keçirilən danışıqlarda “Sülh Şurası” mövzusu gündəmdə əsas yer tutmur.
Aminə ŞAHSUVARQIZI