AZ

Hibrid avtomobillərin ƏDV və gömrük rüsumu yenə ləğv ediləcək?

Azərbaycanda hibrid avtomobillərin sayının artması fonunda bu nəqliyyat vasitələrinə tətbiq olunan vergi və gömrük siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Bəs hibrid avtomobillər Əlavə Dəyər Vergisindən (ƏDV) və ya gömrük rüsumundan azad edilə bilərmi?

Mövzu ilə bağlı  açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərlə bağlı güzəştlərin genişləndirilməsi məsələsi ötən il müzakirə edilib və proses artıq yekunlaşıb.

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq | KONKRET

“Belə müzakirələr ötən il oldu və bitdi. Hazırda hibrid avtomobillərin ƏDV və ya gömrük rüsumundan azad edilməsi ilə bağlı yeni qərar və ya müzakirə yoxdur”.

Eldəniz Cəfərov qeyd edib ki, ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin təşviqi gələcəkdə yenidən gündəmə gələ bilər. Lakin bunun baş verməsi avtomobil bazarındakı tələbatdan, ölkənin ekoloji siyasətindən və nəqliyyat strategiyasından asılı olacaq.

Qeyd edək ki, son illər Azərbaycanda yanacaq sərfiyyatının azaldılması və ətraf mühitə təsirin minimuma endirilməsi məqsədilə hibrid və elektrik avtomobillərinə maraq artmaqdadır. Buna baxmayaraq, mövcud mərhələdə əlavə vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı rəsmi müzakirə aparılmır.(KONKRET.az)

Seçilən
0
2
news365.az

3Mənbələr