XOCALI, 26 fevral. TELEQRAF
Bakıdan Xocalıya piyada yola düşən şəhid nəvəsi Bəhruz Hümbətov mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Xocalı rayon sakini olan Bəhruz Hümbətov fevralın 15-də Bakıdan Xocalı istiqamətində hərəkətə başlayıb. 12 gün davam edən yürüşdən sonra o, Xocalı şəhərinə çatıb.
Qeyd edək ki, Bəhruz Hümbətovun bu yürüşü həm şəxsi iradənin, həm də doğma yurduna bağlılığın nümunəsi kimi qiymətləndirilir.
Onun uzun və çətin məsafəni piyada qət etməsi sosial şəbəkələrdə də maraqla qarşılanıb.