AZ

“Çox aşağı IQ ya malikdir, nə etdiyini və nə danışdığını anlamır” Tramp

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ lideri Donald Tramp onu tənqid edən demokrat siyasətçilərə və məşhur aktyor Robert De Niroya qarşı sərt ifadələr işlədib.

ABŞ Prezidenti sosial şəbəkə platforması "Truth" üzərindən paylaşım edərək Konqresdə “Birliyin Durumu” çıxışı zamanı onu etirazla qarşılayan demokrat konqresmenlər – Ilhan Omar və Rashida Tlaibi hədəfə alıb.

Məlumata görə, çıxış zamanı Omarın “amerikalıları öldürdünüz” deyə qışqırması zalda qısa müddətli gərginliyə səbəb olub. Tramp paylaşımında hər iki siyasətçi barədə ağır ifadələr işlədərək onların “ölkə üçün zərərli və korrupsiyalaşmış siyasətçilər” olduğunu bildirib və “mümkün qədər tez gəldikləri yerə geri göndərilməli olduqlarını” qeyd edib.

ABŞ lideri həmçinin Omar və Tlaibin, onu tez-tez tənqid edən Robert De Niro ilə birlikdə “bir qayığa mindirilərək göndərilməsini” təklif edib. Tramp paylaşımında aktyoru da hədəfə alaraq onun “Trampa qarşı obsesiyalı” olduğunu iddia edib və təhqiramiz ifadələr işlədib.

Tramp bildirib ki, De Niro “çox aşağı IQ-ya malikdir, nə etdiyini və nə danışdığını anlamır” və onun bəzi açıqlamalarının cinayət xarakterli ola biləcəyini iddia edib. O, aktyorun son televiziya çıxışında emosional davranış sərgilədiyini də vurğulayıb.

Qeyd edək ki, Oskar mükafatlı aktyor Robert De Niro daha əvvəl qatıldığı televiziya proqramında Trampı kəskin tənqid edib. O, Trampın “heç vaxt vəzifədən getməyəcəyini” iddia edərək ictimaiyyəti buna qarşı mövqe tutmağa çağırıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr