Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu ilin fevral ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 31 milyard 863.7 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici cari ilin yanvar ayının 1-i ilə müqayisədə 0,2 faiz azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşu 8,7% və ya 2 milyard 538,4 manat artıb.