AZ

Paşinyan ABŞ-İran gərginliyinə dair: “Biz kiçik bir ölkəyik”

Ermənistan ABŞ və İran arasında gərginliyin yaratdığı regiondakı vəziyyətin diplomatik yollarla həll olunacağına ümid edir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə bildirib.

O, iştirakçılardan birinin sualını cavablandırarkən deyib:

“Ermənistan kiçik və təvazökar bir dövlətdir və biz ABŞ ilə İran arasındakı münasibətləri qiymətləndirmək iqtidarında deyilik. Əlbəttə, narahatıq və arzumuz bu vəziyyətdən diplomatik yollarla çıxış yolu tapmaq üçün imkanların olmasıdır. Bu son dərəcə dəyişkən və qeyri-sabit vəziyyətdə bölgəmizdə sabitlik və sülh bərqərar etdiyimizə şadıq. Hər hansı bir qeyri-sabitlik, hər hansı bir çətinlik son dərəcə narahatedicidir və daha geniş bölgədə sabitliyə ümid edirik.

Aydındır ki, bu vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilmərik, ona görə də edə biləcəyimiz tək şey hər şeyin yaxşı olacağına ümid etməkdir. Əgər müsbət təsir göstərmək imkanları varsa, biz bunu etmək istərdik, amma dediyim kimi, biz kiçik bir ölkəyik və yalnız diplomatiyanın çağırışlarını təşviq edə və onlara qoşula bilərik”.


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr