Prezident Donald Tramp Konqresdəki çıxışına etiraz edən iki müsəlman Konqres üzvünün ABŞ-dan qovulmasını tələb edib.
Azreform.info xəbər verir ki, Tramp bununla bağlı bağlı sosial media hesabında paylaşım edib.
Tramp öz paylaşımında ona qarşı etiraz edən Demokrat Konqres üzvləri Rəşidə Tlaib və İlhan Ömərin tez bir zamanda deportasiya edilməsinə çağırıb.
Tramp Tlaib və Ömərə müraciət edərək deyib: "Əgər insanlar bu cür davrana bilirlərsə və ölkəmiz üçün çox pis olan saxtakar və korrupsioner siyasətçilər kimi tanınırlarsa, onlar mümkün qədər tez gəldikləri yerə geri göndərilməlidirlər".
Qeyd edək ki, Tramp Konqresdə çıxışı zamanı Demokratları sərhədin müdafiəsini təmin edə bilməməkdə günahlandırıb və bütün Konqres üzvlərini onun təklifini dəstəkləməyə çağırıb. “Əgər bu bəyanatla razısınızsa, ayağa qalxın və dəstəyinizi göstərin. Amerika hökumətinin ilk vəzifəsi qanunsuz immiqrantları deyil, Amerika vətəndaşlarını qorumaqdır".
Tramp daha sonra bütün nümayəndələri dəstəyini göstərmək üçün ayağa qalxmağa dəvət etdib. Respublikaçılar ayağa qalxsa da, Konqresin Demokrat üzvləri isə qalxmayıblar.
Demokratlaırn bu hərəkətinə qəzəblənən və buna sərt reaksiya verən Tramp deyib ki, utanmalısınız: “Ayağa qalxmırsınız. Özünüzdən utanmalısınız".
İlhan Ömər Trampın sözlərinə ucadan cavab verərək deyib: "Siz amerikalıları öldürdünüz, özünüzdən utanmalısınız".
Mürtəza