ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları və hər birinin potensial rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Liqa mərhələsindən birbaşa 1/8 finala yüksələn “Arsenal” (İngiltərə), “Bayern Münhen” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Mançester Siti”yə (İngiltərə) “Nyukasl” (İngiltərə), “Qalatasaray” (Türkiyə), Budyo-Qlimt” (Norveç), “Atletiko Madrid” (İspaniya), “Bayer Leverkuzen”, PSJ (Fransa), “Atalanta” (İtaliya) və “Real Madrid” (İspaniya) komandaları qoşulub.
1/8 final üçün potensial cütlüklər müəyyənləşib. ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var:
"Arsenal" / "Bayern Münhen" - "Bayer Leverkuzen" / "Atalanta"
"Liverpul" / "Tottenhem" - "Qalatasaray" / "Atletiko Madrid"
"Çelsi" / "Barselona" - "Nyukasl" / PSJ
"Sportinq" / "Mançester Siti" - "Real Madrid" / "Budyo-Qlimt"
Püşkatma mərasimi sabah - 27 fevralda Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək. 1/8-in oyunları isə 10-11 mart və 17-18 mart tarixlərində keçiriləcək.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.