AZ

Xocalı soyqırımı qurbanlarının anım tədbiri

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Gürcüstan dövlət himnləri səsləndirilib.

Mərkəzin direktoru Çiçək Hüseynova Xocalı soyqırımının Azərbaycan tarixində ən ağrılı və unudulmaz faciələrdən biri olduğunu, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu bildirib. 

Tədbirdə tarixçi Əvəzxan İsayev, müəllimlər Növrəstə Məhərrəmova, Nəsib Nəsibov və yazıçı Mustafa Sədioğlu soyqırım qurbanlarının xatirəsinin daim qəlbimizdə yaşayacağını qeyd ediblər.

Azərbaycan dili müəllimi Sevda Şahverdiyevanın rəhbərliyi ilə hazırlanmış bədii proqram təqdim olunub. Əvvəlcə “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirilib. Daha sonra mərkəzin şagirdləri şeirlər səsləndirib, səhnəciklərlə çıxış ediblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr