“Xocalı faciəsi insanlıq tarixində qara ləkə kimi yer alıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
"Acı günləri yad etmək üçün buradayıq. Həmin gecə 613 məsum, günahsız insan vəhşicəsinə qətl edildi, şəhidlərimizə rəhmət diləyirik. Allah bir daha belə günləri bizim millətə və heç kimə yaşatmasın"- deyə səfir qeyd edib.
Günay Şahmar, Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta