AZ

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron" kompleksində baş verib.

Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
17
far.az

10Mənbələr