AZ

ABŞ-İran müharibəsi: Çin tərəfini açıqladı

BAKI, 26 fevral. TELEQRAF

Çin ABŞ-nin İranla müharibəyə başlamayacağına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

“Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkinli olacaq və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər”, - o, brifinqdə Pekinin ABŞ-nin İrana hücumu halında Tehranı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.

Diplomat qeyd edib ki, Çin hazırkı vəziyyətdə məsuliyyətli böyük güc rolunu oynamağa davam etməyə hazırdır. Pekin İranla bağlı hadisələri yaxından izləyir.

Mao Nin əlavə edib ki, Çin problemlərin siyasi-diplomatik yollarla həllini ardıcıl olaraq müdafiə edir: “Beynəlxalq münasibətlərdə güc tətbiqi və ya güclə təhdidə qarşıyıq”.

XİN-in sözçüsü Çinin İranla dostluq münasibətləri qurduğunu da vurğulayıb:

“Çin milli sabitliyin təmin edilməsi, qanuni hüquq və mənafelərinin qorunmasında İran hökuməti və xalqını dəstəkləyir”.

Seçilən
14
teleqraf.com

1Mənbələr