ain.az, Idman.biz saytına istinadən bildirir.
Sabah Çempionlar Liqasının 1/8 finalının püşkatma mərasimi baş tutacaq.
İdman.Biz xəbər verir ki, Çempionlar Liqasının növbəti mərhələsində qarşılaşmaq ehtimalı olan klubların adlarını açıqlanıb.
Məlumata əsasən, "Real Madrid" ya "Mançester Siti", ya da "Sportinq"lə qarşılaşacaq.
PSJ-nin rəqibi "Barselona" və ya "Çelsi" olacaq. "Qalatasaray" "Liverpul" və ya "Tottenhem"lə üz-üzə gələ bilər.
Bundan başqa, "Atalanta" üçün mümkün rəqiblər "Bavariya" və ya "Arsenal"dır. "Nyukasl" "Barselona" və ya "Çelsi" ilə qarşılaşa bilər. "Atletiko"nun isə rəqibi "Liverpul" və ya "Tottenhem" olacaq.
Həmçinin "Bayer Leverkuzen" "Bavariya" və ya Arsenal "Arsenal"la, "Bodo-Qlimt" isə "Mançester Siti" və ya "Sportinq"lə qarşılaşa bilər.

Beləliklə, püşk erkən mərhələdə bir neçə nəhəng klubun duelini mümkün edir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.