AZ

ABŞ Çin peyklərini və sualtı qayıqlarını izləyəcək

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Müdafiə Nazirliyi Çin peyklərinə və sualtı qayıqlarına nəzarəti gücləndirmək üçün əlavə 12,6 milyard dollar xərcləməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Konqresə təqdim edilən Pentaqon sənədinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, vəsait ABŞ ordusunun hazırlığını artırmaq, kiberhücum imkanlarını gücləndirmək üçün nəzərdə tutulur.

Digər məsələlərlə yanaşı, yuxarıda qeyd olunan vəsaitin 1 milyard dollarının ABŞ Kosmik Qüvvələri tərəfindən X-37B pilotsuz kosmik gəmisinin istismarı ilə bağlı xərclərə ayrılması planlaşdırılır.

Pentaqon kəşfiyyat peykləri qrupunu genişləndirmək üçün isə 528 milyon dollar ayırmaq niyyətindədir.

Nazirlik həmçinin sualtı qayıq əleyhinə sonar sistemlərinin təkmilləşdirilməsi üçün 143 milyon dollar ayırmaq istəyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr