AZ

Qlobal borcun həcmi ötən il rekord səviyyəyə çatıb

Qlobal

Dövlətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəliklərini əhatə edən qlobal borcun həcmi 2025-ci ildə 29 trilyon dollar artaraq rekord səviyyə — 348,3 trilyon dollara çatıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Maliyyə İnstitutuna (IIF) istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan artım ilk növbədə suveren borc öhdəliklərinin həcminin yüksəlməsi ilə bağlı olub; onların payına 10 trilyon dollardan çox düşüb. Artımın təxminən dörddə üçü ABŞ, Çin və avrozonaya daxil olan ölkələrin payına düşüb.

Hazırda qlobal borcun artımı ev təsərrüfatlarının və ya şirkətlərin borclanması ilə deyil, dünyanın ən iri iqtisadiyyatlarında davam edən büdcə kəsirləri ilə əlaqədardır.

IIF qeyd edir ki, 2025-ci ilin sonuna qlobal dövlət borcu əvvəlki ildəki 96,3 trilyon dollardan 106,7 trilyon dollara yüksəlib. Qeyri-maliyyə şirkətlərinin borcu 100,6 trilyon dollar, ev təsərrüfatlarının borcu isə 64,6 trilyon dollar təşkil edib.

Seçilən
1
1
xalqcebhesi.az

2Mənbələr