Plastik və estetik əməliyyat üçün icazəsi olanların sayı 45 nəfərdir.
Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, onların sayı ilbəil arta bilər:
"Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu sahədə şərait yaxşılaşır".