Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tur start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk günündə iki oyun keçiriləcək.
Əvvəlcə saat 16:00-da "Abşeron" ilə "Murov Az Terminal" üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" "Gəncə"ni sınağa çəkəcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, XV tur çərçivəsində “Milli Aviasiya Akademiyası” – “Turan” və UNEC – “Gənclər” oyunları sabah keçiriləcək.