Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və təşkilatın Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarət edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o və digər Türkiyə rəsmiləri soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.