AZ

Bakıda 68 yaşlı kişi yıxılaraq ölüb

Bakıda 68 yaşlı kişi yıxılaraq aldığı xəsarətdən ölüb.

APA xəbər verir ki, hadisə fevralın 24-də Yasamal rayonunda baş verib. Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Qüdrət Hüseynov A.Məlikov küçəsində yıxılaraq baş nahiyəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 68 yaşlı kişi fevralın 25-də orada ölüb.
Araşdırma aparılır.

Seçilən
0
3
apa.az

5Mənbələr