
ABŞ-nin səyləri nəticəsində Ukrayna münaqişəsinin həlli üzrə müzakirə olunan məsələlərin bəzilərində anlaşmalar əldə olunub.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində danışıb.
"Danışıqlara cəlb olunmuş çox sayda insan var və düşünürəm ki, məsələlərin daraldılmasında irəliləyiş əldə etmişik, amma təəssüf ki, bəzi məsələlər hələ də çox mürəkkəbdir",-Rubio bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər və o, hesab edir ki, ABŞ dünyada danışıqlar üçün katalizator ola biləcək yeganə ölkədir.
"Bunuda qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın səbri sonsuz deyil. O, münaqişənin bitməsini istəyir və bu istiqamətdə çox şey edib. Eləcə də, ciddi siyasi kapital sərf edib", - deyə dövlət katibi bildirib.
İlahə Qənbərli
Missiya.Az