AZ

Qanlı gecədən aydınlığa: Xocalı 34 illik həqiqətin səsi!

Bu gün təqvimdə, sadəcə bir tarix deyil. Bu gün – millətin yaddaşına həkk olunmuş silinməz yaradır. 34 il əvvəl fevralın 25-dən 26-na keçən gecə təkcə bir tarix deyil, bəşəriyyətin vicdanının dondurulduğu gündür. Xocalı - o gecənin şaxtasında alovlanan fəryad, bu gün isə zəfərin və sarsılmaz iradənin simvoludur. 

 Gecənin qanlı qaranlığı!

Artıq üç onillikdən çox vaxt keçsə də, 1992 ci il 26 fevral gecəsində törədilmiş Xocalı faciəsi qəlbimizdə ilk günkü kimi sagalmaz yaraya çevrilib. 1992-ci ilin fevralında Xocalı da törədilən qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi əsrin faciəsi olaraq tarixə həkk olundu. Həmin gecə 613 günahsız insan əbədi olaraq susduruldu (onlardan 63-ü uşaq, 106-sı qadın idi) Amansızca susdurulan hər bir can bir ailənin ümidi, bir millətin gələcəyi idi.

O gecə 613 insan ömrü yarım qaldı. 8 ailə bütövlükdə yer üzündən silindi. 1275 dinc sakin əsir götürüldü. Bu rəsmi rəqəmlər yalnız statistik göstərici deyil, hər biri yarım qalmış insan ömrüdür.  

Qarın üzərinə səpələnmiş qan damlaları, gözlərində yaş əbədi susmuş körpələr, yarımçıq qalan arzular, donmuş ümidlər… 

Həmin gecə Xocalının  susdurulan fəryadı göyüzünü lərzəyə gətirdi. 

Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi bu vəhşilik təkcə torpaq iddiası deyildi - bu, bir xalqın varlığını yer üzündən silməyə yönəlmiş, insanlığa sığmayan, etnik təmizləmə idi. 

Qisası Qiyamətə qala bilməzdi, qalmadı da!: "Dəmir yumruq" 

Bizim bir qisas borcumuz var idi və bu borcu qiyamətə qədər uzada  bilməzdik. "Xocalı" adlı həqiqətin sədası  illərlə dünya ictimaiyyətinə çatdırıldı. Lakin tarixin  ən güclü cavabı döyüş meydanında verildi.Tarixi ədalət öz təntənəsini yaşadı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən və prinsipial siyasəti, eləcə də “Dəmir Yumruq” iradəsi nəticəsində Xocalı faciəsi artıq təkcə milli matəm günü kimi deyil, həm də tarixi ədalətin bərpasını və xalqımızın sarsılmaz qürurunu təcəssüm etdirən bir rəmzə çevrildi.  Xocalı faciəsi artıq yalnız matəm günü deyil — həm də milli qürurumuzdur. 

Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizin qisası alındı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən və silahlı birləşmələrdən tam şəkildə təmizləndi. Azərbaycanın dövlət suverenliyi  tam bərpa edildi. Bunun nəticəsidir ki, bu gün Xocalıda Azərbaycanın üçrəngli bayrağı  dalğalanır. Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Xocalını azad etdik, qanımız yerdə qalmadı!”

Bu sözlər artıq tarixdir. Bu, xalqa verdiyi sözü yerinə yetirən dövlət başçısının əzminin və sarsılmaz iradəsinin əyani sübutudur. Bu milli birliyin təntənəsi və tarixi ədalətin bərpasıdır. 

Bu 34 il ərzində Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl və sistemli diplomatik fəaliyyətlər həyata keçirilmişdir. “Xocalıya ədalət!” təşəbbüsü qlobal miqyasda geniş dəstək qazanaraq beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltmişdir.

Nəticədə, bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı hadisələrini hüquqi siyasi müstəvidə qiymətləndirdi. O cümlədən, bir sıra dünya ölkələri bu soyqırımı insanlığa qarşı törədilmiş cinayət kimi tanıdı. Bu siyasi yanaşma beynəlxalq səviyyədə tarixi ədalətin bərpasının təmin olunması, həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması real siyasi nəticələrə gətirib çıxardı. “Xocalıya ədalət!” çağırışı qlobal miqyasda geniş dəstək qazandı. Bir sıra ölkə və beynəlxalq təşkilatlar bu qətliamı soyqırımı kimi tanıdı.

Bu, dünyaya açıq və qəti mesajdır: Cinayət cəzasız qalmır. Tarixi ədalət geciksə də, öz yerini tapır! 

Bu gün Xocalı xarabalıq və qaranlıq deyil. Bu gün Xocalı yenidən qurulan, dirçələn, doğma sakinlərini qarşılamağa hazırlaşan şəhərdir. Bərpa və quruculuq işləri nəticəsində şəhər yeni həyat mərhələsinə qədəm qoyur.

34 il əvvəl bizi tarixdən silmək istəyənlər bu gün öz məğlubiyyətlərinin qaranlığında boğulur. 

Xocalı isə uzun yuxudan sonra yenidən oyanır, Xocalı Dirçəlir!

ŞƏMS ZAMANLI

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr