Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda 5:2 hesabı ilə yendiyi "Yuventus"a Turində uduzaraq (2:3) 1/8 finala yüksələn "Qalatasaray”ın baş məşqçisi Okan Buruk fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis mətbuat konfransında belə danışıb:
“Oyunu özümüz çətinləşdirdik. Həm oyun planımız, həm mübarizəmiz, həm top bizdə, həm də rəqibdə olanda etdiklərimiz bu vaxta qədər ortaya qoyduqlarımızla uzlaşmadı. Bu, səfər oyunu idi. "Yuventus" öz azarkeşləri ilə birlikdə təzyiq yaratmağa çalışdı. İlk hissədə çox böyük təzyiq görməsək də, istədiyimiz futbolu sərgiləməyi bacarmadıq.
Bir Türkiyə təmsilçisinin Çempionlar Liqasında mübarizəni davam etdirən 16 komanda arasında olması çox xoşdur. Bunun qədrini bilmək və şükür etmək lazımdır. Amma paltardəyişmə otağında elə bir ab-hava yaranmışdı ki, sanki mübarizəni dayandırmışıq. İki oyunda yeddi qol vurmaq diqqətçəkən nəticədir.
11 nəfərlə rəqibin 10 futbolçusuna qarşı oyunumuz qəbuledilməz idi. Oyunu daha rahat bitirməliydik, amma sanki azlıqda qalan biz idik. Həm top bizdə, həm də rəqibdə olanda çox səhvlər etdik. Hücumda yaradıcı ola bilmədik, rəqibin üzərimizə gəlməsinə imkan verdik və iki qol buraxdıq. Bu, bəzən texniki heyəti də çıxılmaz vəziyyətə salır. Dəyişikliklər etdik, meydana yeni oyunçular buraxdıq. Sarı vərəqəsi olan futbolçular var idi, rəqib azlıqda qalandan sonra ikinci "sarı" riskini sığortalamaq üstünlüyümüzü qorumaq istəyirdik. Buna baxmayaraq, komanda yerləşimində problemlərimiz oldu.
Bu səviyyədə matçlarda "onsuz da qələbə qazanacağıq" düşüncəsi absurddur. Öncə özümün nəyi düz, nəyi səhv etdiyimi müəyyənləşdirməliyəm. Futbolçularımız da bunu fərdi şəkildə etməlidirlər. Mərhələni keçsək də, çox vacib dərs aldıq”.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.