AZ

Niyə ChatGPT yə kor koranə etibar etməməlisiniz? Əsas zəifliklər

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Süni intellekt texnologiyaları sürətlə həyatımıza inteqrasiya olunur və ChatGPT bir çox istifadəçi üçün həm iş, həm də ünsiyyət baxımından əsas vasitəyə çevrilib. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, neyroşəbəkəyə tam etibar etmək düzgün deyil, çünki onun hələ də ciddi məhdudiyyətləri var.

Lent.az xarici mediaya istinadla ChatGPT-dən istifadə edərkən nəzərə alınmalı olan bir neçə vacib məqam barədə xəbər verir.

Birincisi, cavablar hər zaman dəqiq olmaya bilər. ChatGPT məlumatı inamlı şəkildə təqdim etsə də, bəzi hallarda uydurma faktlar irəli sürə bilər. Bu hal hallüsinasiyalar adlandırılır. Model konkret məlumat olmadıqda boşluqları ehtimallarla doldurur. Buna görə də vacib məlumatları etibarlı mənbələrlə yoxlamaq tövsiyə olunur.

İkincisi, ChatGPT insan deyil və şəxsiyyətə malik deyil. O, canlı ünsiyyəti təqlid edir, lakin real emosiyalara, şəxsi baxışlara və maraqlara sahib deyil. Bəzi istifadəçilər chatbotu dost və ya həmsöhbət kimi qəbul etsələr də, bütün cavablar alqoritmlər əsasında formalaşır.

Üçüncüsü, yaddaş məhdudiyyətidir. ChatGPT yalnız cari dialoq çərçivəsində konteksti saxlayır və məhdud həcmdə mətni nəzərə ala bilir. Keçmiş söhbətləri xatırlamır və şəxsi məlumatların saxlanması qadağandır.

Nəhayət, mütəxəssislər qeyd edirlər ki, neyroşəbəkələrdən istifadə zamanı tam məxfilik anlayışı mövcud deyil. Sorğular və yüklənən fayllar xidmətin təkmilləşdirilməsi məqsədilə istifadə oluna bilər. Bundan əlavə, məlumatlar mövcud məxfilik siyasətinə uyğun olaraq hüquq-mühafizə orqanlarının sorğusu əsasında təqdim edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr