Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.
Yüksək Liqa: XIV tura yekun vurulub
Azərbaycan Yüksək Liqasında növbəti qarşılaşmalar baş tutub
Azərbaycanlı hakim ÇL matçında
Növbəti həftənin oyun cədvəli bəlli oldu
XIII turun növbəti matçı keçirilib